-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda küləkdən alınan elektrik enerjisi istehsalı 8 dəfə artıb

Azərbaycanda 2019-ci ilin yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ay ərzində 181,9 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Bu barədə Banker.az Dövlət Statistika Komitəsnin məlumatına istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,5 faizlik artım müşahidə olunub.

Elektrik istehsalında ən böyük artım alternativ bərpa olunan enerji mənbələrindən olub. Belə ki, yanvarda küləklə işləyən stansiyaların istehsalı həcmi 11,4 kVt-saat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 dəfə çox olması deməkdir. Digər bir artım isə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 2,4 mln. kVt-saat olub ki, bu da ötən illə müqayisədə 26,3% artımdır.

Son xəbərlər
Digər xəbərlər