6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda Lada-ları satan şirkətə yeni sədr seçiləcək

2021-ci il mayın 20-i, saat 12-də “Xəzər-Lada” Açıq Səhmdar Cəmiyyətində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncaq Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 16-cı km ünvanda cəmiyyətin inzibati binasının konfrans zalında olacaq.

Yığıncağın gündəliyi:
1. İllik hesabat;
2. Təftiş komissiyasının aktının müzakirəsi;
3. Prezidentin (İdarə Heyətinin sədrinin) seçilməsi;
4. Dividentlərin verilməsi və mükafatlandırma;
5. Kənar auditorun təstiq edilməsi;

Səhmdarlar yığıncağın gündəliyində olan materiallar ilə cəmiyyətin mühasıbatlığında tanış ola bilərlər.

Ümumi yığıncağa şəxsiyyət vəsiqəsi ilə gəlmək xahiş edilir.

Xatırladaq ki, “Xəzər-Lada” şirkəti 1990-cı ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə (“Xəzər-Lada”nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər