13 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda logistika şirkətinin rəhbəri dəyişib

Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Qazaxıstanda dəmir yolu ilə tranzit, idxal və ixrac yüklərinin göndərilməsi üzrə fəaliyyətdə olan “Sara Logistics” MMC-nin rəhbəri dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, logistika şirkətinin direktoru olan Rafik Abbasov vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə Mirkan Aygül əvəzləyib. O həmçinin Türkiyənin “Ece Lojistik” şirkətinin rəhbəridir.

Xatırladaq ki, “Sara Logistics” MMC 2021-ci ildə təsis edilib, onun 1.53 milyon manat nizamnamə kapitalı var. Bütün nəqliyyat vasitələri üzrə yük daşımaları təmin etmək məqsədi ilə yaradılıb.

Şirkətin baş ofisi Bakıda yerləşir. “Sara Logistics” Azərbaycanda və xaricdə filiallar və birgə müəssisələr tərəfindən təmsil olunur

Son xəbərlər
 ⁠
Digər xəbərlər