23 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda maliyyə sektoruna investiyalar 75% artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşunun məbləği 800 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Statistikaya əsasən, ilk 2 ay ərzində maliyyə sahəsinə investisiyaların iqtisadiyyata yatırılan ümumi investisiya qoyuluşunda payı 0,04% olub.

Xatırladaq ki, 2018-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 62,5%-i sənaye, 15,8%-i tikinti, 8,8%-i nəqliyyat və anbar təsərrüfatı, 6,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 0,8% olmaqla səhiyyə, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,3% olmaqla informasiya və rabitə, digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,2% olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər