2021-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3.4 faiz artaraq 732.1 manat
təşkil etmişdir.
Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları artıb.
Belə ki, 2021-ci ildə maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 937.3 manat, dövlətdə çalışanlarda 1 931.3 manat, özəldə çalışanların isə 1 938.8 manat olub.
Halbuki, 2020-ci ildə isə bu sahədə çalışanların ümumilikdə orta aylıq əməkhaqqları 1 719.6 manat, dövlətdə işləyənlərin 1 722.6, özəldə işləyənlərin isə 1 718.8 manat təşkil edib. Bir ayda maliyyə və sığorta işçilərinin orta aylıq maaşları 25 manat azalıb.