2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6458 müqavilə bağlanılıb

Azərbaycanda may ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 6458 sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,7 milyon manat təşkil edib.

Bu qəbildən olan müqavilələrin 61,7 faizi yaşayış evləri və mənzillər, 0,7 faizi inzibati binalar, 37,6 faizi isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 55 faiz, sığorta haqlarının məbləğində isə 22 faiz azalma müşahidə edilib.

Mayda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 251, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 sığorta müqaviləsi bağlanılıb.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 min 710 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 400 manat təşkil edib.

SalamNews

Son xəbərlər
Digər xəbərlər