16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda metrodan istifadə edənlərin sayı azalıb

2019-cu ilin yanvar ayında  nəqliyyat sektorunda  145,47 min sərnişin daşınıb. Ötən il isə 143,701 min sərnişin nəqliyyat sektorundan istifadə edib. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatdan istifadə edənlərin sayı 1,2 % artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Bu il metrodan istifadə edən sərnişinlərin sayı 18,571 min nəfər olub. Qeyd edək ki, 2018- ci ildə isə metrodan istifadə edən sərnişinlərin sayı isə 18,604 min nəfərə çatmışdır. Belə qənaətə gəlmək olar ki, 2019-cu ilin statistikasına görə,  metrodan istifadə edən sərnişinlərin sayı azalıb.

Sərnişinlərin istifadə etdiyi digər bir nəqliyyat sektoru isə avtobuslardır. Bildirək ki, 2019-cu ildə avtobusa üstünlük verən sərnişinlərin sayı 121,93 min nəfər olub. Ötən il isə bu göstərici 120,247 min nəfər qeydə alınıb. 2018-ci ilin müvaqif ayı ilə müqayisədə deyə bilərik ki, bu il nəqliyyat sektorunda avtobusdan istifadə edənlərin sayı 1,4 % artıb.

Həmçinin verilən statistikaya görə,  avtomobildən istifadə edənlərin sayı 2018-ci ilə nisbətən 1,4 % artıb. Əgər 2019-cu ildə 126,49 min nəfər avtomobildən istifadə edirdisə, ötən il isə 124,712 min nəfər istifadə edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər