6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda mikro bizneslərdə POS-terminallarla ödəniş 3 dəfə artdı

Azərbaycanda mikro bizneslərin pərakəndə ticarət dövriyyəsi 2022-ci ilin birinci rübündə 35.16 mln. manata yüksəlib.

Banker.azın əldə etdiyi rəsmi informasiyaya əsasən bu da ötən ilin eyni dövründən 4.5% çoxdur.

Bunun da 8.58 milyon manatı ərzaq malları, içkilər və tütün məmulatları üzrə olub.

Maraqlıdır ki, mikro sahibkarlıq subyektlərinin pərakəndə ticarət dövriyyəsini yüksəltməyə əsas amil POS-terminallarla ödənişlərin yüksəlməsidir.

Belə ki, 2022-ci ilin birinci rübündə 5.45 milyon manatlıq POS-terminallarla ödəniş baş tutub. Bu da 2021-ci ilin müvafiq dövrünü 3 dəfə üstələməsi deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər