7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Yeni qanuna əsasən, səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Qanunun 5.1-ci maddəsinə əsasən müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5 ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər