5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda mobil bankinq üzrə böyüməyə geniş imkanlar var

Azərbaycan bazarında mobil bankinq üzrə böyümə üçün geniş imkanlar var və inkişafın düzgün prioritetləşdirilməsi ilə tez bir zamanda liderə çevrilmək mümkündür.

Bu barədə Rusiyanın “Markswebb” reytinq agentliyinin “Mobile Banking Rank Azerbaijan 2022” araşdırmasında qeyd olunur.

Bildirilir ki, ümumilikdə, tədqiqat müştərinin rəqəmsal xidmətdəki imkanlarını və bu imkanların necə həyata keçirildiyini təsvir edən 1000 meyar formalaşdırıb. Meyarlar istifadəçi tapşırıqlarının 17 qrupunu təşkil edir.

Araşdırmaya əsasən, Azərbaycan banklarında ən sürətli inkişaf xidmətlərin ödənişinin rahatlığı, təkrar əməliyyatların avtomatlaşdırılması və sadələşdirilməsidir.

“Lakin irəliləyişlərə baxmayaraq, istifadəçi tapşırıqlarının əksəriyyəti maksimum keyfiyyət səviyyəsində həll edilmir – bir çox tapşırıq blokunun orta reytinqi 50% -dən çox deyil. Bu onu göstərir ki, bazarda böyümə üçün çox yer var və inkişafın düzgün prioritetləşdirilməsi ilə tez bir zamanda lider ola bilərsiniz”, – araşdırmada bildirilir.

Qeyd edək ki, araşdırma “Google Play” vasitəsilə mobil tətbiqi 50 min yüklənən 10 Azərbaycan bankı üzərindən aparılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər