7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda noyabrda inflyasiya 0,7% olub

Bu ilin noyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1% bahalaşıb.

Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabrda əvvəlki ayla müqayisədə 0,7% bahalaşıb.

Ay ərzində qarabaşaq yarması, alma, xurma, limon, portağal, naringi, banan, şabalıd, kələm, çuğundur, kök, göyərti, şəkər tozunun qiymətlərində ucuzlaşma, un, düyü, çörək, makaron, mal və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, armud, heyva, nar, kartof, soğan, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqlar, telefon faks cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabılar, inşaat materialları, məişət cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabrda ucuzlaşıb, xəstəxana xidmətləri, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər