9 C
Baku
Friday, December 13, 2024

Ödəmə müddəti 2040-ci ilə qədər olan ipoteka istiqrazları hərraca çıxarılıb

1 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2025008684 ISIN-li, 25 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 004,5833 AZN olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 000 000,00 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln manat təşkil etmişdir.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 08 sentyabr 2040-ci ildir.

Son xəbərlər
Digər xəbərlər