8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarında kassa əməliyyatı aparılması qaydası təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra bu qərar kredit təşkilatları ilə yanaşı, ödəniş təşkilatlarına və elektron pul təşkilatlarına da aid ediləcək, “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” adlanacaq.

Ödəniş və elektron pul təşkilatlarının bir bölməsində ümumi dəyəri 20 min manatdan (xarici valyutada ekvivalent məbləğdən) artıq olmayan qiymətlilər odadavamlı seyfdə saxlanıla bilər.

Yenilənmiş qayda martın 1-dən qüvvəyə minəcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər