6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda pensiya yaşı artırıla bilər

“Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

DSMF sədrinin sözlərinə görə, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir: “Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya

çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır. Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzun müddətli perspektiv üçün bizim maliyyə dayanıqlığına nail olmaq məqsədi ilə qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılması zəruriliyi bizim apardığımız aktuar tədqiqatlarla ortaya qoyulub”.

E.Mehdiyev pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını belə şərh edib: “Yaxın günlərdə bu aktuar tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Burda müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu ilə bu, balanslaşdırılır. Amma hansı variant seçilməlidir? Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur. Yalnız o alternativlərdən sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.

APA

Son xəbərlər
Digər xəbərlər