18 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda peşə məktəbləri optimallaşdırılacaq

Azərbaycanda peşə təhsili şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.

Bunu təhsil Mikayıl Cabbarov bu gün jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, optimallaşdırma prosesinə böyük şəhərlərdən – Bakı, Gəncə şəhərlərindən başlanacağı gözlənilir.

M.Cabbarov əlavə edib ki, peşə təhsili müəssisələrinin ixtisaslarına yenidən baxılacaq, məzmun daha da da müasirləşdiriləcək.

Peşə təhsili sahəsində dövlət və özəl sektorun birgə əməkdaşlığına da əsas verildiyini deyən nazir qeyd edib ki, müəyyən sayda peşə təhsili müəssisələri bir çox hallarda uzun müddət məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün də istifadə edilib.

M.Cabbarov əlavə edib ki, bir çox peşə təhsili müəssisələrinin maddi-texniki bazası istənilən səviyyədə deyil: “Yeni iqtisadi şəraitdə bir çox ixtisaslara olan tələblər sürətlə dəyişib. Bu da çevik şəkildə tədris olunan ixtisasların məzmununun dəyişdirilməsini tələb edir. Biz bunu etmədiyimiz halda əmək bazarından gələn işçi qüvvəsi işəgötürənlər üçün zəruri olan kompetensiyalara malik olmayacaqlar. Başqa sözlə, işəgötürən işçisinin bilik və bacarıq səviyyəsi ilə razı olmayacaq. Bu baxımdan Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması bizə imkan verir ki, təhsilin daha çox mərhələyə çıxarılması üçün konsepsiyanın həyata keçirilməsini təmin edək”.

Nazir onu da əlavə edib ki, müəllimlərin peşə keyfiyyətlərini artırmağa, zəruri inkişaf yönümlü metodikalar və təlim texnologiyalarını çatdırmağa imkan verən mexanizmlər tətbiq olunmağa başlanıb: “Bu məqsədlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitunun bazasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb. Bu qurum modul kredit sisteminə əslanaraq bütün kateqoriyadan olan təhsil işçilərinin peşəkar inkişafı ilə əlaqədar olan siyasətin müəyyənləşdirilməsi, təlimlərin təşkili və koordinasiya ilə məşğul olacaq. Bununla yanaşı, hazırda təhsilin əsas trendlərini öyrənmək, təhlil etmək və tətbiqi imkanlarını müəyyən etmək yeni düşüncə və idarəetmə keyfiyyətlərini tələb edir. Bu fəaliyyəti günün tələbləri səviyyəsində reallaşdıra biləcək təsisatın Təhsil Problemləri İnstitutunun üzərinə yeni vəzifələr düşür. Bunun üçün hazırda bu qurumun yeni inkişaf modeli üzərində iş gedir”.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər