18 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda pestisid və aqrokimyəvi maddələrin monitorinqinə başlanılır

Son dövrlərdə fermerlər ölkədə satılan bitki mühafizəsi vasitələrinin keyfiyyətinin və tətbiq edilən preparatların zərərli orqanizmlərə qarşı təsirinin aşağı olması barədə aidiyyəti dövlət orqanlarına müraciət edirlər. Bu səbəbdən ölkədə satılan pestisid və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin, bu preparatların tərkibinin etiket üzərində qeyd edilmiş məlumatlara uyğunluğunun, saxtalaşdırma hallarının olub-olmamasının aydınlaşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən monitorinqlərin keçirilməsinə başlanılır.

AQTA-dan bildirilir ki, monitorinqlərin keçirilməsində əsas məqsəd ölkədə istehsal olunmuş, həmçinin idxal edilmiş məhsullar arasında yalnız keyfiyyət tələblərinə cavab verən məhsulların ölkə bazarında dövriyyəyə buraxılması və bununla da, fermerlərin keyfiyyətli preparatlardan istifadəsini təmin etməkdir.

Monitorinqlərdə satış müəssisələrinin ətraf mühitə və insan sağlamlığına təsiretmə dərəcəsinə, preparatların etiket məlumatlarına uyğun saxlanma şəraitinin təmin edilməsinə, istifadəyə yararlılıq müddətinə, qabların hermetikliyinə, dövlət qeydiyyatına alınmış preparatlar siyahısında olub-olmamasına və digər vacib məsələlərə nəzarət ediləcək.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, satış müəssisələrində məhsullardan müvafiq qaydada nümunələr götürülərək keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə laboratoriya sınaqlarına göndəriləcək. Müayinələr nəticəsində uyğunsuzluq aşkar edilərsə, həmin müəssisələr barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər