10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda problemli kreditlərin payı son 14 ilin minimumuna düşüb

2022-ci ilin sonuna Azərbaycanda vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı bir qədər də azalıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.

1 yanvar 2023-cü il tarixinə olan nəticəyə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 7% azalaraq cəmi 593.74 milyon manata düşüb. Bu da cəmi kredit portfelinə (20 mlrd. 183.98 mln. manat) nisbətdə 2.94%-ni təşkil etməsi deməkdir.

Vaxtı keçmiş kreditlərin payı noyabrda  3.17%, ötən ilin əvvəli isə 4.20% idi.

Vaxtı keçmiş kreditlərin payı 2009-cu ilin fevralında bu tərəfə ən aşağı həddə düşüb.

23423423423432432423423423423

Son xəbərlər
Digər xəbərlər