10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda problemli kreditlərin səviyyəsi 3.7%-dən aşağı düşüb

Azərbaycanda banklarında vaxtı keçmiş kreditlərin səviyyəsi bir qədər də azalaraq tarixi minimuma – 3.68%-ə düşüb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yanvar-aprel ayları üzrə icmal göstəricilərinə istinadən xəbər verir.

1 may 2022-ci il tarixinə olan göstəriciyə görə, Azərbaycanda 18 milyard 320milyon manatlıq ümumi kredit qoyuluşunun cəmi 674.8 mln. manatı vaxtı keçmiş kreditlər təşkil edir.

Vaxtı keçmiş kreditlərin həcmi son ayda 1.5%, 26.8% azalıb.

Qeyd edək ki, ilin əvvəli vaxtı keçmiş kreditlərin payı ümumi kreditlərdə 4.2%, ötən ilin eyni dövründə isə 6.15% təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər