15 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanda pul bazası genişlənib

Azərbaycanda Mərkəzi Bankın “pul sovuran maşınını” işə salmasına baxmayaraq, ölkədə pul kütləsi genişlənməkdədir.

Banker.az xəbər verir ki, 2022-ci ilin sonuna (31 dekabr) ölkədə pul bazasının həcmi 17 milyard 460.3 milyon manat təşkil edib.

Bu da son bir ayda 752 milyon manat, yaxud 4.5% artım olmasına rəğmən 2022-ci ilin əvvəli ilə müqayisədə 477 milyon manat, yaxud 3% aşağıdır.

3232323

Pul bazası – pul kütləsini yaratmaq üçün Azərbaycan Mərkəzi Bankının istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.

Pul bazasının genişlənməsi iqtisadiyyat üçün stimul yarada bilir, lakin indiki iki rəqəmli inflyasiya zamanı üçün bir o qədər də məqbul sayılmır. Çünki pul bazasının genişlənməsi inflyasiya üçün əlavə təziyiqdir.

Yeri gəlmişkən, AMB ötən ay  1 mlrd. 027 mln. Dollar ekvivalentində valyuta alıb, əvəzində bazara manat buraxıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən rübdə pul siyasətində manatın dəyərdən düşməsinin (inflyasiya) qarşısını almaq üçün sərt alətlərdən istifadəni gücləndirib. Bazara təsirsiz olan faizləri qaldırmaqla bərabər bankların ehtiyat normalarının faizlərini qaldırmsaqla 1 mlrd. manat ekvivalenti üzərində depoziti Mərkəzi Bankda məcburi qoymaq qaydasını tətbiq edir.

Pul bazasına təsir edən digər bir alət isə açıq bazar əməliyyatı – not hərraclarının “aqressiv” olaraq hər həftədə 120 mln. olmaqla bazardan yığır.

Son xəbərlər
Digər xəbərlər