Azərbaycanda pul bazası mayda azalıb

Azərbaycanda pul bazası 2025-ci ilin mayında 90 milyon manat və ya 0.43% azalıb.

Banker.az bunu AMB-nin aylıq açıqlamasına istinadən xəbər verir.

Belə ki, 31 may tarixinə pul bazasının həcmi 20 milyard 630 milyon manat olub.

İllik müqayisədə isə pul bazası 681.67 milyon manat və ya 3% artımdır.

Pul bazası Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılan və iqtisadiyyatda olan nağd pulların və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatlarının cəmini əhatə edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər