Azərbaycanda pul kütləsi rekord səviyyəyə – 37 milyard manata çatdı

Bu ilin iyun ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi rekord səviyyəyə – 37.001 mlrd. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə bu göstərici ötən ay ilə müqayisədə 4%, ötən ilin eyni ayı ilə müqayisədə isə 21.5% artıb.

2022-ci ilin iyun ayının 1-nə M2 pul aqreqatı 25.371 mlrd. manat, M1 pul aqreqatı (banklardan kənarda nağd pul və manatla tələb edilənədək depozitlər) 21.888 mlrd manat təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər