Bu ilin 9 ayında qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 1.515,3 mln. ₼ və ya 32,2% artaraq 6.222,0 mln. ₼ olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu sektor üzrə artım 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatda 139,1%, ticarətdə 66,8%, kənd təsərrüfatında 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib.