15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda qatarla 1,7 milyondan çox sərnişin daşınıb

Bu ilin yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyon 766,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Banker.az-a bildirilib ki, həmin dövrdə dəmir yolu nəqliyyatı ilə 9,1 milyon ton yük daşınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 2,3 faiz azalma, sərnişin daşınmasında isə 9,2 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 339 vaqon yüklənib, 404 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər
Digər xəbərlər