2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda qeydiyyatdan keçən kommersiya qurumlarının sayı artıb – Statistik göstəricilər

2022-ci ilin dekabr ayının 1-nə respublika üzrə kommersiya qurumlarının sayı 10,3% artıb.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinin hesabatına istinadən xəbər verir.

2022-ci ilin 11 ayı ərzində 14.259 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4% çoxdur. Kommersiya qurumlarının 72,1%-i elektron qaydada, 27,9%-i kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb. Onlardan 19,4%-inin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,8 faiz təşkil edib. Yeni qeydiyyat üsulunun (fin kod+mobil nömrə) ümumi qeydiyyatda xüsusi çəkisi 11,7%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,4% olub.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,7%-i Asan imza ilə təqdim edilib.

2022-ci ilin 11 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,8%-i yerli investisiyalı, 23,2%-i xarici investisiyalı qurumlardır.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,7%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.

Son xəbərlər
Digər xəbərlər