8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 30% artıb

2022-ci ilin oktyabr ayında Azərbaycanda iqtisadiyyata cəmi kredit qoyuluşu   20 mlrd 015 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 mlrd 599  mln manat və ya 22% artıb.

Həmçinin dövlət banklarının kredit qoyuluşları ötən ilin muvafiq dövrü ilə müqayisədə 23% artaraq,  3 mlrd 862.5 mln manat, özəl bankların kredit qoyuluşları 22% artaraq 15 mlrd 608.2 mln manat, qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları isə 30% artaraq 544.5 mln manat təşkil edib.

Qeyd edək ki, dövlət və özəl banklarının kredit qoyuluşlarının artmasına baxmayaraq, qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları son 2 ayda dəyişilməz qalıb.

Son xəbərlər
Digər xəbərlər