17 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanda qızıl hasil edən “Anglo Asian Mining” səhmdarlarına $8.6 mln. dividend ödəyib

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş, mis hasilatını həyata keçirən “Anglo Asian Mining PLC” şirkəti 2022-ci ildə səhmdarlarına $8.6 mln. dividend ödəyib.

Banker.az bu barədə Şirkətin illik hesabatına istinad edir.

Şirkət bildirir ki, 2022-ci ildə hər bir səhm üzrə sahiblərinə 4 ABŞ senti ($0.04) məbləğində dividendlər ödəyib. Eyni ilə 2021-ci ildə də bu səviyyədə dividend ödənişi olmuşdu.

Qeyd edilir ki, 2022-ci ildə Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, cari ilin iyul ayının sonunadək əlavə hər səhm üzrə 8 sent ödəməlidir.

“2022-ci ildə ödənilmiş $8.6 milyon məbləğində dividendlər Şirkətin səhmdarlarına cəlbedici gəlirlər təmin etmək üzrə öhdəliyini davamlı yerinə yetirdiyini nümayiş etdirir”- deyə, şirkətdən bildirilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər