8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda səfər sığortası bazarı 84% böyüyüb

2023-cü ilin yanvarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə 371.2 min manat sığorta haqqı toplanılıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 201.5 min manat təşkil edib ki, bu da illik müqayisədə 84% artım deməkdir.

Cari ilin yanvar ayında xaricə səfər edən vətəndaşların sığortası üzrə sığorta ödənişi 8 min manat olub.

Son xəbərlər
Digər xəbərlər