11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda səhmdar cəmiyyət ləğv edilir

8 fevral 2023-cü il saat 10.30-da “Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Banker.az bu barədə ASC-nin elanına istinad edir.

Ümumi yığıncağın gündəliyinə bunlar daxildir:
1. 2022-ci ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğv edilməsi.
3. Ləğvetmə komissiyasının yaradılması .
4. Digər məsələlər.

“Səhmdarların gündəlikdəki məsələlərə aid hər hansı bir sualı olarsa, onda iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət etmək lazımdır”.

Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir!

Ünvan- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi 3.

Xatırladaq ki, ASC 1998-ci ildən qeydiyyatdadır və 210 148 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər