14 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda sayğac istehsal edən zavodun gəlirləri azalıb

Azərbaycanda su, qaz, elektrik sərfiyyatını ölçən cihazlar (sayğaclar) istehsal edən “Gəncə Cihazqayırma Zavodu” ASC-nin 2022-ci ildə gəlirləri düşüb və bu, onun xalis mənfəətinə də təsir edib.

Banker.az bunu zavodun konsolidə edilmiş audit hesabatına istinad edir.

Hesabata görə, 2022-ci ildə zavod 11.05 milyon manat əsas fəaliyyətindən gəlir əldə edib. Bu da 2021-ci ildəki 13.41 milyon manatdan 18 faiz aşağı göstəricidir.

“Gəncə Cihazqayırma Zavodu” 10.03 mln. manat satışın maya dəyərinə xərc çəkib.

Beləliklə, zavod bütün gəlir və xərclər fərqindən sonra ili 481 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə onun xalis mənfəəti 859 min manat təşkil etmişdi.

1 yanvar 2023-cü il tarixinə zavodun 7.23 mln. manat kapital balansında bölüşdürülməmiş mənfəət var.

Xatırladaq ki, 2009-2011-ci illərdə “PAŞA Holding”in paylı iştirakı ilə Gəncə şəhərində cihazqayırma zavodunun yaradılması layihəsinə sərmayə qoyulub. Hazırda müəssisənin müasir texnoloji avadanlıqla təchiz olunmuş bütün istehsalat gücü buraya cəmlənib. Zavodun istehsal sahəsi 6000 kv.m-ə çatır. Zavodda çalışanların sayı 170 nəfər təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər