Sığorta şirkətinin sədr müavini işdən çıxarıldı.
Banker.az Fed.az-a istinadən xəbər verir ki, “Standart İnsurance” sığorta şirkətinin idarə heyyəti sədrinin birinci müavini Tural Ələsgərov işdən kənarlaşdırılıb. Bu barədə qərar şirkətin müşahidə şurasının dünən keçirilən iclasında qəbul edilib. Şuranın qərarına görə Tural Ələsgərov işdən azad edilib. Hələlik onun yerinə təyinatla bağlı məlumat verilməyib.
Maliyyə Bazarına Nəzarət Palatasından bu xəbəri təstiqləyiblər.
Xatırladaq ki, Tural Ələsgərov “Standart İnsurance” şirkətinin idarə heyyətinin birinci müavini vəzifəsinə bir qədər əvvəl təyin olunmuşdu.