21 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda sığorta şirkətlərinə ilk dəfə korporativ idarəetmə standartları təqdim ediləcək

Yaxın zamanlarda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən sığorta şirkətlərinə ilk dəfə korporativ idarəetmə standartları təqdim ediləcək.

Bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

“Burda korporativ idarəetmə standartlarının bir hissəsi sığorta şirkətlərinin hesabatlılığının artırılması və onların fəaliyyətinin ictimaiyyətə çatdırılmasından ibarətdir. Bu sahədə də çox qısa zamanda işlər görüləcək”, – deyə T. Kazımov bildirib.

Qeyd edək ki, bank sektorunda korporativ idarəetmə standartların tətbiqinə 2004-cü ildən başlanılıb.

Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər