2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

“Armada Distrubition” şirkətinin rəhbəri Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub.

O, dövlətə olan vergi borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.

Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub.

Qeyd edək ki, Nihad Cəlilov Afiyəddin Cəlilovun oğludur. Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.

 

Son xəbərlər
Digər xəbərlər