Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq.
Milli Məclisdən bildiriblər ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq.
Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Qeyd edək ki, maddənin mövcud variantında auditor rəyi göstərilməyib.
Trend