7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda strateji əhəmiyyətli mallar müəyyən edilir

Azərbaycanda strateji əhəmiyyətli mallar müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, ölkənin istehlak bazarında strateji əhəmiyyətli mallar (bundan sonra – strateji əhəmiyyətli mallar) – ölkənin bir sıra ərzaq malları ilə, yanacaq materialları ilə, tibb və dərman vasitələri ilə təchizatının dayanıqlığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan əhalinin gündəlik istehlak etdiyi həyat əhəmiyyətli malların məcmusudur.

Strateji ehtiyatlar əhalinin gündəlik istehlak etdiyi həyati əhəmiyyətli malların təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət artmasının qarşısını almaq məqsədilə yaradılan ehtiyatlardır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər