22 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda təbii artım kəskin azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 92 150 nəfər doğulub, 62 151 nəfər isə ölüb. Beləliklə, qeyd olunan dövrdə təbii artım göstəricisi 29 999 olub və bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 44.6% azalma deməkdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına əsasən, hesabat dövründə doğulanların sayında illik müqayisədə 14.1% azalma qeydə alınıb və 92 150 doğum faktı qeydə alınıb. Hesabat dövründə ölənlərin sayı isə analoji müqayisədə 17.5% artaraq 62 151 nəfərə çatıb.

Son xəbərlər
Digər xəbərlər