10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda texnoloji şirkətin kapitalı kəskin artırılıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən birinin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, “4MAPS Bilgi Teknolojileri” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnmə kapitalı 10 manatdan 30 001 manata çatdırılıb.

Bu da kapitalın 3000 dəfə artırılması deməkdir.

“4MAPS Bilgi Teknolojileri” MMC 23 iyul 2019-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru/qanuni təmsilçisi Türkiyə Respublikası vətəndaşı Abdullah Demirrtas-dır.

4MAPS Bilgi Teknolojileri” MMC xəritə istehsalı, kartoqrafiya, proqramlaşdırma və mobil tətbiqlərin hazırlanması fəaliyyətinin əsas istiqamətini təşkil edir. Yaratdığı üç ölçülü xəritələr sayəsində şəhərdə texnologiya üçün mövcud olan son nöqtəni istifadə etməyə imkan yaradır.

Əsas prioriteti gələcək naviqasiya metdolarını dəstəkləmək üçün sürücüsüz nəqliyyat vasitələri, donanma izləmə, yanacaq idarəetmə və sürücü təhlükəsizliyi kimi məlumatları özündə cəmləşdirməkdir.

Şirkət tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

Son xəbərlər
Digər xəbərlər