2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda pərakəndə ticarət azalıb

2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9.5 milyard manatlıq, o cümlədən 5.2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1.1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4.7 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2.1 faiz artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2020-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 9 524,8 98,9
o cümlədən:
ərzaq məhsulları 4 628,8 102,2
içkilər və tütün məmulatları 548,8 100,8
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 559,6 99,1
elektrik malları və mebellər 477,8 89,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 65,4 102,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 216,1 145,5
avtomobil benzini və dizel yanacağı 514,1 90,8
digər qeyri-ərzaq malları 1 514,2 90,0
Son xəbərlər
Digər xəbərlər