32 C
Baku
Thursday, June 13, 2024

Azərbaycanda tikinti şirkəti ₼2 milyon xalis mənfəət əldə edib

Azərbaycanda tikinti sektorunda fəaliyyətdə olan “Atlas ES” MMC şirkəti 2022-ci ildə 2 milyon manat xalis mənfəət əldə edib.

Banker.az bunu şirkətin və onun törəməsi olan “M.TOSUN LTD” Məhdud Məsuliyyətli Müəssisəsinin illik audit hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, şirkət 8 milyon 543 min manatlıq gəlir əldə edib.

Satışın maya dəyəri cəmi 1 milyon 27 min manat olub.

Beləliklə, şirkət bütün gəlir və xərclər fərqindən 2 milyon 10 min manat xalis mənfəət əldə edib.

1 yanvar 2023-cü il tarixinə olan məlumata əsasən, “Atlas ES” MMC-nin 9 milyon 937 min manat bölüşdürülməmiş mənfəəti var. Şirkət 2022-ci ildə əlavə 1 milyon 388 min manat səhmdarına dividend ayırıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər