-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda tikinti şirkətinin adı və rəhbəri dəyişib

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə yaxın tikinti şirkəti “Abşeron Kərpic” MMC rebrendinq edib, rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, son dəyişiklikdən sonra şirkət “Abşeron Kərpic İstehsalı” MMC kimi adlandırılacaq.

Şirkətdə digər fəyişiklik rəhbərliklə bağlıdır. Şirkətin direktoru Zakir Zeynallı Əlisa oğlu olub. Bundan öncə bu vəzifədə Tapdıq Osmanov Qara oğlu idi.

Xatırladaq ki, “Abşeron Kərpic İstehsalı” MMC 2015-ci ildə təsis edilib və onun 9 513 500 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər