17 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda turistlərin bank kartları ilə xərcləmələri azalıb

2023-cü ilin aprel ayında Azərbaycan banklarına məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 126.1 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları
əməliyyatların həcmi 136.6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8% azalma deməkdir.

Azərbaycanda qeyri-rezident bankların buraxdığı kartlardan aparılan əməliyyatlarda da “Visa” və “MasterCard” ilk sıradadır. “Visa” kartları ilə  2,201.5 min ədəd əməliyyat aparmış, bunun da həcmi 74.4 milyon manat təşkil edib. “MasterCard” vasitəsi ilə 822.4 min ədəd əməliyyat aparmış, bunun da həcmi 50.4 milyon manat təşkil edib.

30

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər