2020-ci ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4.3 dəfə azalaraq 0.6 mlrd.$
təşkil edib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (352.6 mln.$) ixracı (286.4 mln.$) üstələməsi nəticəsində 66.2 mln.$ həcmində kəsir yaranıb.
Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 74.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 71.6% azalıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 352.6 mln.$ məbləğində olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.