9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda turizmlə bağlı yeni investisiya təşviq mexanizmləri hazırlanır

Azərbaycanda turizmlə bağlı investisiya təşviq sənədi var. Bu təşviqləri artırmaq üzərində çalışırıq.

Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, bunun üçün ilk növbədə qanunvericilik bazası işlənilməlidir:

“Agentlik bununla bağlı işlər həyata keçirir. Bir neçə təşviq mexanizmimiz var. Yeni əlavələrin də üzərində işlənilir. Bəzi vergi güzəştlərinin də olması üzərində işlər görülür”, – deyə A.Hüseynova əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər