2 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycanda ümumi bəyannamə sisteminə keçidin əsasları yaradılacaq”

Azərbaycanda kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin aparılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, kapital amnistiyasının mexanizmlərinin hazırlanması və ümumi bəyannamə sisteminə keçidin əsaslarının yaradılması vacibdır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, bu, Dövlət Vergi Xidmətinin 2022-26-cı illər üçün həyata keçirəcəyi siyasət tədbirlərində əsas istiqamətlərdən biridir: “Bu tədbirlər iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılmasını nəzərdə tutur. Yəni strateji sahələrin inkişafında vergi siyasətinin rolu dərinləşməlidir.

Əsas hədəf olaraq idxalın yerli istehsalla əvəzlənməsi prosesləri nəzərdə tutulur. İnvestorların iqtisadiyyata marağının artırılması və qeyri-xammal ixracının stimullaşdırılmasıdır, maliyyə və kapital bazarlarının, sığorta sektorunun inkişafı üçün təşviqedici tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda, İKT-nin inkişafı, ölkənin nəqliyyat-logistika habına çevrilməsi ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsidir.

İqtisadiyyatın şəffaflaşması uçot siyasətinin təkmilləşdirilməsi və aktuallığının artırılması, eyni zamanda, rəqəmsallaşmanın genişlənməsi və yeni elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsidir”.

N. İmanov qeyd edib ki, investisiya mühitinin yaxşılaşdırılması üçün vergi təşviqləri ilə yanaşı, kölgə iqtisadiyyatla mübarizə paralel şəkildə həyata keçirilməlidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər