15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda Universitet binası əsaslı təmir olunacaq

Bakı Dövlət Universiteti Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 nömrəli ünvanda yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı tədris binasının əsaslı təmir işlərinin satın alınması üçün Açıq tender elan edib.

Banker.az xəbər verir ki, tenderdə iştirak haqqı 2000 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 dekabr 2022-ci tarixinədək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 yanvar 2023-cü il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli ünvana təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər