10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda vergi daxilolmaları 34% artıb

2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802.191,1 min manat təşkil edib və proqnoz 123,8% səviyyəsində icra olunub. Qeyri-neft sektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

278511403 518157649681332 2931525382897525016 n

Son xəbərlər
Digər xəbərlər