10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda “Visa” kartları ilə aparılan ödənişlər bir ayda 3.5 mlrd. manata yüksəlib

Azərbaycanda hansı ödəniş sisteminin kartları ilə ödənişlərin daha çox aparıldığı məlum olub.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank kartları ilə 2023-cü ilin fevral ayında 5 milyard 716.8 millyon manatlıq əməliyyatlar aparılıb.

Bu əməliyyatların 3 milyard 510.1 milyon manatı “Visa” kartları, 2 milyard 153.5 milyon manatı “MasterCard” kartları və  3.2 milyon manatı isə “American Express” ilə aparılıb. Qeyd edək ki, 2023-cü ilin yanvarında 3 milyard 156.5 milyon manatı “Visa”da 1 milyard 766.8 milyon manatı “MasterCard”da və 3.3 milyon manatı isə “American Express”lə aparılıb.

Çinin “Union Payı” ilə isə cəmi 0.05 mln. manatlıq əməliyyat aparılıb.

Son xəbərlər
Digər xəbərlər