17 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda yanvarda benzin istehsalı azalıb, dizel istehsalı artıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 307.5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 9 faiz azalıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 62.9 faiz, neft koksunun istehsalı 32.4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3 faiz artmış, avtomobil benzininin istehsalı 4.5 faiz azalıb.

Hesabat dövründə 115.9 min ton avtomobil benzini, 193.5 min ton dizel yanacağı istehsal olunub.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4.8 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər