Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yeni fitosanitar portalın istifadəyə verilməsini planlaşdırır.
Report agentliyi xəbər verir ki, bu barədə “Fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş mətbuat konfransında qurumun fitosanitar və aqrokimyəvi xidmətlərin tənzimlənməsi şöbəsinin müdiri Tural Cavadzadə məlumat verib.
Onun sözlərinə görə, yeniliyin məqsədi fitosanitar xidmətlərin optimallaşdırılması və səmərəliliyinin artırılmasıdır: “Daha az həcmdə resurs sərf etməklə xidmətin həyata keçirilməsi, elektronlaşdırılması, şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi nəzərdə tutulur. Fermerlər portala daxil olmaqla bütün aqrar xidmətlərdən elektron qaydada istifadə edəcəklər”.