Sentyabrın 17-də Vergilər Nazirliyi həyat sığortası üzrə yeni şirkəti qeydiyyata alıb.
“Meqa Həyat Sığorta” ASC “Meqa Sığorta” siğorta şirkətinin hazırkı hüquqi ünvanında təsis edilib: Bakı, Əhməd Rəcəbli küçəsi, 19. Təsisçilər şirkətin kapitalına 11 mln. manat yatırıb.
Sığorta Şirkətindən Banker.az-a verilən məlumata görə “Meqa Həyat Sığorta”nın səhmdarı 100% pay sahibi olan “Meqa Sığorta” ASC-dir.
Hazırda ölkədə “Atəşgah Hıyat”, “PAŞA Həyat”, “Xalq Həyat” və “Qala Həyat kimi həyat sığortası fəaliyyət göstərir.