10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yeni platforma yaradılır: banklara ciddi rəqibi ola bilər

Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb verməyə imkan verən yeni platforma yaradılır.

Trend-in məlumatına görə, bunu Bakıda V İnvestisiya yarmarkasında “Maliyyə” startapının həmtəsisçisi Cəfər Babayev deyib.

O qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.

Onun sözlərinə görə, “Maliyyə” şirkətinin baş ofisi və filialları olmayacaq: “Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”.

Son xəbərlər
Digər xəbərlər